Rusiya yenidən Kiyevə hücum edib

Rusiya yenidən Kiyevə hücum edib

Rusiya bu gün səhər saatlarında Ukraynanın cənubundakı Odessa və Kiyev limanlarına 28 kamikadze pilotsuz uçan aparat atıb. SİA "Reuters" agentliyinə istinadən xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri bildirib ki, hava hücumundan müdafiə sistemləri Rusiyanın atdığı İran istehsalı olan “Şahed” pilotsuz təyyarələrindən 26-nı vurub. Yerli qubernator isə Odessada 22 pilotsuz təyyarənin vurulduğunu və ikisinin limandakı administrasiya binasını vurduğunu bildirib.

Qubernator Oleh Kiper "Teleqram"da bildirib ki, Odessa limanı yaxınlığında taxıl və başqa bir terminal alov alıb, tez bir zamanda söndürülüb və heç bir kritik ziyan və ya xəsarət olmayıb.

Hərbçilər bildiriblər ki, Kiyevə göndərilən bütün pilotsuz təyyarələr ələ keçirilib, lakin dağıntılar bölgədəki bir sıra evlərə ziyan vurub.

“Düşmən bu ay ikinci dəfə Kiyevə havadan hücum edib”, - Kiyev hərbi administrasiyasının rəhbəri Serhi Popko "Teleqram" kanalında yazıb. Paytaxtı əhatə edən Kiyev vilayətində dağıntılar uçaraq 12 yaşayış evi və bir çoxmərtəbəli binaya cüzi ziyan verib. Xəsarət alanların olmadığı bildirilir.

Bu gün başlayacaq Vilnüs sammitində Rusiyanın Ukraynaya təcavüzünün əks-sədası üstünlük təşkil edəcək və liderlər NATO-nun Soyuq Müharibə bitdikdən sonra Moskvanın istənilən hücumundan müdafiə üçün ilk hərtərəfli planlarını təsdiqləyəcək.

Rusiya NATO-nu və onun aparıcı qüvvəsi olan ABŞ-ı Ukraynaya verdikləri dəstəyə görə qınayıb və Kiyevin NATO-ya potensial üzvlüyünün aydın və qəti reaksiya ilə qarşılanacağı ilə bağlı xəbərdarlıq edib.

Artıq 503-cü günündə olan və sonu görünməyən Rusiyanın öz qonşusuna hücumu minlərlə insanın ölümünə, milyonlarla insanın didərgin düşməsinə, Ukraynanın şərqində və cənubunda bir çox şəhərin dağıntılar yığınına çevilməsinə səbəb olub.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə