İsveçin Əfqanıstandakı bütün fəaliyyətləri dayandırılıb

İsveçin Əfqanıstandakı bütün fəaliyyətləri dayandırılıb

Taliban müvəqqəti hökumətinin sözçüsü Zəbihullah Mücahid sosial media hesabında etdiyi paylaşımda Qurani-Kərimin yandırılmasına icazə verdiyi üçün müsəlmanlardan üzr istəyənə qədər İsveçin Əfqanıstandakı bütün fəaliyyətlərinin dayandırıldığını bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Quranın yandırılmasını təkəbbürlü bir hadisə kimi qiymətləndirən Mücahid bildirib ki, bütün İslam ölkələri İsveçlə münasibətlərinə yenidən baxmalıdırlar.

Taliban 15 avqust 2021-ci ildə Əfqanıstanı ələ keçirdikdən sonra İsveç də daxil olmaqla bir çox xarici ölkə Kabildəki nümayəndəliklərini bağlasa da, İsveçin bəzi yardım təşkilatları ölkədə fəaliyyətlərini davam etdirib.

Digər tərəfdən, İsveçin paytaxtı Stokholmda 28 iyunda İraq əsilli Salvan Momika Stokholm məscidi qarşısında polisin himayəsi altında Quranı yandırıb.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə