Putin və Zelenskiyə dünyada olan münasibət dəyişib

Putin və Zelenskiyə dünyada olan münasibət dəyişib

Ukraynada müharibənin davam etməsi Rusiya lideri Vladimir Putinə inamın azalmasına gətirib çıxarır. “Pew Center” Araşdırma Mərkəzi bazar ertəsi Rusiya və Ukrayna prezidentlərinin müxtəlif ölkələrdə ictimai rəy tərəfindən qəbul edilməsi ilə bağlı apardığı araşdırmanın nəticələrini dərc edib.

Hesabatda qeyd olunur ki, sorğuda iştirak edənlərin Ukrayna lideri Vladimir Zelenskiyə münasibəti getdikcə daha mübahisəli olur.

SİA-nın əldə etdiyi məlumata görə, 24 ölkədə keçirilən sorğular orta hesabla respondentlərin 82 faizinin Putinin beynəlxalq münasibətlərdə düzgün iş görmək qabiliyyətinə “az inamı və ya heç bir inamı yoxdur”-bildirib.

Almaniya da daxil olmaqla 9 ölkədə Putinə etimadsızlıq səviyyəsi kəskin şəkildə azalıb, 2022-ci ildəki 14 faizdən 2023-cü ildə 8 faizə düşüb.

Eyni zamanda Hindistan və İndoneziyada Putinə inam ən yüksək həddə çatıb. Rusiya prezidentinə güvənən hindistanlıların nisbəti 2019-cu ildən bəri 17 faiz bəndi artıb. İndoneziyada Putinə dəstək 7 faiz bəndi artaraq 2019-cu ildəki 36 faizdən 2023-cü ildə 43 faizə yüksəlib.

...Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından sonra 2023-cü ildə Putinə dəstək azalıb - xüsusilə Almaniya, İsrail və İspaniyada.

“Pew Center” Araşdırma Mərkəzi həmçinin respondentlərin Ukrayna prezidenti Vladimir Zelenskiyə, Şimali Atlantika Alyansına və NATO ölkələrinin bəzi liderlərinə münasibəti ilə bağlı sorğular keçirib.

24 ölkədə sorğuda iştirak edənlərin təxminən 51 faizi Zelenskinin “beynəlxalq arenada düzgün iş görmək” qabiliyyətinə “müəyyən inam” ifadə edib.

Rəyi soruşulanların 39 faizi Ukrayna prezidentinin beynəlxalq aləmdəki hərəkətlərinə az və ya heç güvənmədiyini bildirib.

Avropada Zelenskiyə Hollandiya, İsveç və Böyük Britaniyada çox hörmət edirlər. Lakin Yunanıstan, Macarıstan və İtaliyada əksinə, Zelenskiyə hörmət azalıb.

P.S: “Pew Center” Araşdırma Mərkəzi Vaşinqtonda yerləşən tədqiqat mərkəzidir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə