...Ölkədə rəyi soruşulan ukraynalıların demək olar ki, üçdə biri, Ukraynanın qalib gəlmək üçün altı ay və ya bir il lazım gələcəyini bildirib.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, sorğu hazırda ölkə ərazisində yaşayan Ukrayna vətəndaşları, eləcə də xaricdə olan ukraynalılar arasında keçirilib.
“Ukraynada və Avropada keçirilən sorğuların nəticələri respondentlər tərəfindən müharibənin müddətinin qiymətləndirilməsində müəyyən fərqlər nümayiş etdirir”.
Bunu sosioloqlar bildirirlər.
Belə ki, Ukraynada yaşayan ukraynalılar arasında 32 faiz hesab edir ki, Ukraynaya qalib gəlmək üçün altı ay və ya bir il lazımdır; 30 faizi bir ildən çox və 17 faiz buna nail olmaq üçün bir neçə ay və ya daha az vaxt lazım olduğuna inanır.
Avropadakı ukraynalıların 40 faizi qalib gəlmək üçün bir ildən çox, 23 faizi 6 ay və ya bir il vaxt lazım olacağına inanır.
Amma, qeyd edilməlidir ki, Ukraynanın daha qısa müddətdə qalib gələcəyinə inananlar da var. Belələri 12 faiz təşkil etsələr də, Avropada, ümumiyyətlə, az da, yəni 3 faiz də olsa Ukraynanın qələbəsinə innmayanlar da var. Maraqlıdır ki, belə insanlar 1 faiz təşkil etsələr də, hər halda Ukraynada da var.
Qeyd edək ki, sorğu iyulun 4-10-da keçirilib. Hər iki kateqoriya üzrə yaşı 18-dən yuxarı olan 2000 respondentlə müsahibə aparılıb.
Maraqlıdır ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutu, Ukrayna vətəndaşlarının Rusiyanın təcavüzünə və bir ildən çox genişmiqyaslı müharibəyə baxmayaraq, özlərini xoşbəxt hesab etməkdə davam etdiklərini bildirib.
Belə ki, 2021-ci ilin dekabrında, işğal ərəfəsində ukraynalıların 71 faizii özünü xoşbəxt, 15 faizi isə əksinə, özünü xoşbəxt saymırdısa, bu gün bu rəqəmlərdə elə də böyük bir fərq dəyişikliyi yoxdur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB