Keçmiş rəis müavininin qətlinin təfərrüatları məlum olub?

Keçmiş rəis müavininin qətlinin təfərrüatları məlum olub?

Müstəntiqlər Krasnodarda səfərbərlik işləri üzrə idarə rəisinin keçmiş müavini Stanislav Rjitskinin qətli ilə bağlı cinayət işi açıb. SİA xəbər verir ki, bu barədə SU SK-nın bölgə üzrə mətbuat xidmətindən məlumat verilib.

Beləliklə, bazar ertəsi, iyulun 10-da Beregovaya küçəsi yaxınlığında 42 yaşlı kişi meyiti tapılıb. Onun güllə yaraları aldığı bildirilir. Qətl faktı ilə bağlı cinayət işi açılıb.

“Hazırda cinayət işi üzrə hadisənin bütün hallarının, habelə cinayəti törədən şəxsin və onun motivlərinin müəyyən edilməsi istiqamətində kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir”, - deyə məlumatda bildirilir.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə