NATO dövlət və hökumət başçılarının Vilnüs Sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq və İsveçin baş naziri Ulf Kristersson arasında üçtərəfli görüş keçirilib.
SİA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə prezidentinin Vilnüsdə ikinci görüşü Avropa İttifaqı Şurasının sədri Şarl Mişellə olub. Görüş Türkiyə vaxtı ilə saat 19.30-da başlanıb. Hər iki görüş mətbuata qapalı keçirilib.
Ertəsi gün - iyulun 11-də Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Cozef Baydenlə görüşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB