Lukaşenko 409 nəfəri Belarus vətəndaşı kimi qəbul edib

Son iki il ərzində ölkənin yeni vətəndaşlarının demək olar ki, 80 faizi Donbassdan gəlib
Lukaşenko 409 nəfəri Belarus vətəndaşı kimi qəbul edib

Aleksandr Lukaşenko 21 ölkədən 409 nəfərə Belarus vətəndaşlığının verilməsi haqqında fərman imzalayıb.

Bu barədə onun mətbuat xidməti məlumat yayıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Belarus vətəndaşlığını qəbul edənlərin 46-sı azyaşlıdır.

Lukaşenkonun mətbuat xidməti onu da qeyd edib ki, son iki ildə 4436 nəfər ölkə vətəndaşlığı alıb, onlardan 3572-si Ukrayna sakinləridir ki, onların da əksəriyyəti Luqansk və Donetsk vilayətlərinin Rusiya qoşunları tərəfindən işğal olunmuş hissələrindəndir.

Daha əvvəl bildirilmişdi ki, Belarus yaşamaq icazəsinin və ya başqa ölkənin vətəndaşlığının olması barədə məlumat verməyən vətəndaşlara görə məsuliyyət tətbiq edə bilər.

Vətəndaşlıq haqqında qanuna 2023-cü il iyulun 11-dən qüvvəyə minən dəyişikliklərə əsasən, Belarus vətəndaşları bu barədə ölkənin Xarici İşlər Nazirliyinə və ya Daxili İşlər Nazirliyinə məlumat verməlidirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə