Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, general Nikolay Malomuja görə, “Vaqner” PMC-nin Yevgeni Priqojin başda olmaqla 45 minlik muzdlu əsgərinin hamısını Belarusa yerləşdirmək mümkün olmayacaq.
Malomujun fikrincə, “Vaqneritlər” in müəyyən bir hissəsi Rusiya hüquq-mühafizə orqanları, məsələn, Milli Qvardiya arasında bölüşdürüləcək.
SİA-nın əldə etdiyi məlumata görə, bunları deyən ukraynalı general əsaslə dəlillər də gətirir.
Məsələn, onun dediyinə görə, dünənin məhbusları olan “Vaqneritlər” ideoloji vətənpərvər deyillər və nəyə görəsə mübarizə aparmırlar. Onlar üçün ən önəmlisi puldur.
Kim pul verirsə, köhnə deyimdə olduğu kimi, onun üçün də musiqi çalırlar.
Malomujun sözlərinə görə, “Vaqneritlər”in müəyyən hissəsi hələ də Priqojinlə qalacaq. Amma bunlar üsyana yenidən cəhd edə bilməyənlər olacaq.
Eyni zamanda general qeyd edib ki, “Vaqneritlər”in Belarus ərazisinə keçməsinə icazə verən Belarus prezidenti Aleksandr Lukaşenko onların onun üçün şəxsi təhlükə törətdiyini də anlayır.
...Ruslar uduzma ərəfəsində olanda, yəni Lukaşenko oyunu tərk etməli olduğunu başa düşəndə, Minskdən 80 km aralıda yerləşəcək “Vaqneritlər” burada işə yarayacaq. Onlar asanlıqla keçib iqamətgahı ələ keçirəcəklər. Lukaşenkonun özü də bunu yaxşı başa düşür. Buna görə də Belarusun xüsusi təyinatlıları, Belarus DTK-sı, həm də Rusiya bu bölməyə birgə nəzarət edəcək(?).
Bunu da Malomuj deyir.
Bundan əlavə, Rusiya həm Lukaşenkonun özünə qarşı, həm də Ukrayna, Polşa və Baltikyanı ölkələrlə sərhəddə müxtəlif təxribatlar təşkil etmək üçün “Vaqner” PMC muzdlularından istifadə edə bilər. Onlar həmçinin xüsusi tapşırıqları yerinə yetirmək üçün istifadə edilə bilərlər.
Qeyd edək ki, ukraynalı general “Vaqneritlər”i ruslar tərəfindən maliyyələşdirilən və idarə olunan ehtiyat kimi təqdim etməklə, onlardan məqsədli tapşırıqlar üçün istifadə olunacağını da istisna etmir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB