NATO Ukraynanı sadələşdirilmiş prosedur əsasında qəbul edir

NATO Ukraynanı sadələşdirilmiş prosedur əsasında qəbul edir

...Onlar sadələşdirilmiş prosedur əsasında Ukraynanı NATO-ya qəbul etməyə razılaşıblar. SİA-nın əldə etdiyi məlumata görə, bu bəyanatla Ukraynanın xarici işlər naziri Dmitri Kuleba çıxış edib. Müvafiq yazı iyulun 10-da özünün Tvitter səhifəsində yer alıb.

Ukrayna diplomatiyasının rəhbəri bildirib ki, NATO ölkələri Ukraynanı sadələşdirilmiş prosedur əsasında - Üzvlük Fəaliyyət Planı həyata keçirmədən Şimali Atlantika Alyansına qəbul etməyə razılaşıblar.

“Gərgin danışıqlardan sonra NATO müttəfiqləri Üzvlük Fəaliyyət Planına - Ukraynanın üzvlük yolundan çıxarmaq üçün konsensusa nail olublar. NATO-ya gedən yolumuzu qısaldan bu çoxdan gözlənilən qərarı alqışlayıram. Bu həm də Ukraynanın üzv olmağa dəvət məsələsinə aydınlıq gətirmək üçün ən yaxşı məqamdır”, – Dmitri Kuleba tvitində bildirib.

Bununla belə, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri sadələşdirilmiş sxem üzrə NATO-ya qəbulun vaxtı ilə bağlı məlumatı dəqiqləşdirməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə