Türkiyədə işsizlik nisbəti may ayında azalıb

Türkiyədə işsizlik nisbəti may ayında azalıb

Türkiyədə işsizlik nisbəti may ayında 2014-cü ilin mart ayı səviyyəsinə geriləyib.

SİA-nın əldə etdiyi məlumata görə, Türkiyə Statistika Təşkilatı (TÜİK) may ayı üzrə işçi qüvvəsi statistikasını açıqlayıb.

Buna görə, Türkiyədə 15 və daha yuxarı yaşda olan işsizlərin sayı 2023-cü ilin may ayında bir əvvəlki ayla müqayisədə 193 min nəfər azalaraq 3 milyon 328 min nəfər olub. İşsizlik nisbəti isə 0,5 faiz bəndi azalaraq 9,5 faizə düşüb. İşsizlik nisbəti kişilər üçün 7,7 faiz olduğu halda, qadınlar üçün 13,0 faiz olduğu təxmin edilmişdir.

15-24 yaş qrupunu əhatə edən gənc əhali arasında işsizlik səviyyəsi may ayında əvvəlki ayla müqayisədə 1,6 faiz bəndi azalaraq 17 faiz olub.

Bütün xəbərlər Facebook səhifəmizdə