Transgender qubernator seçkilərində iştirakdan imtina edib

Transgender qubernator seçkilərində iştirakdan imtina edib

Rusiyanın Altay diyarında transseksual Yuliya Aleşina ilə təmsil olunan “Vətəndaş təşəbbüsü” partiyası bölgənin qubernatoru seçkilərində iştirakdan imtina edib.

SİA-nın əldə etdiyi məlumata görə, siyasətçi bu barədə bazar ertəsi öz Telegram kanalında yazıb.

Aleşinanın sözlərinə görə, o, bələdiyyə filtrindən keçə bilməyib, yəni onun namizədliyi üçün 502 bələdiyyə deputatının imzasını toplamaq lazım idi.

“Bir çox bələdiyyə deputatları və kənd başçıları imzalamağa hazır olduqlarını bildirdilər, lakin sonradan Dövlət Dumasında baxılan cinsin dəyişdirilməsinə tamamilə qadağa qoyulması haqqında qanun layihəsinə istinad edərək imtina etməyə başladılar”.

Qeyd edək ki, bunları deyən Aleşina cəmi 19 deputat tərəfindən dəstəklənib.

Xatırladaq ki, iyun ayında Dövlət Dumasının deputatları ilk oxunuşda cins dəyişikliyi adlanan tibbi əməliyyatlara “tam qadağa” və bu əməliyyatlar aparılmadan sənədlərdə gender markerinin dəyişdirilməsinə qadağa qoyan qanun layihəsini qəbul ediblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə