ABŞ-da güclü daşqın: Körpülər və yollar dağılıb, aviareyslər ləğv edilib

ABŞ-da güclü daşqın: Körpülər və yollar dağılıb, aviareyslər ləğv edilib

ABŞ-ın şimal-şərq regionu dağıdıcı daşqınların təsirinə məruz qalıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Nyu-York, Pensilvaniya, Nyu-Cersi ştatlarına düşən yağıntının miqdarı aylıq normaya bərabər olub. Bir neçə bölgədə fövqəladə vəziyyət elan edilib.

Hudzon çayının məcrasından çıxdığı, azı bir nəfərin öldüyü, bir neçə nəfərin isə itkin düşdüyü bildirilir. Körpülər dağıdılıb, magistral yollar su altında qalıb, 1500-dən çox aviareys ləğv edilib. Hakimiyyət orqanları yerli sakinləri hündür yerlərə çıxmağa çağırıb.

İnfrastrukturun dağılması səbəbindən xilasedicilər hələ də bəzi yaşayış məntəqələrinə gedib çıxa bilmirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə