Bu arada Berlin Baş Prokurorluğu, Rusiya vətəndaşını Almaniyanın paytaxtındakı Rusiya dövlət agentliyi olan “RİA Novosti”nin binasını yandırmağa cəhddə ittiham edib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, tutulan Berlində yerləşən “UnKremlin” qeyri-hökumət təşkilatının qurucusu və keçmiş sədri, 55 yaşlı Dmitri Baqraşdır. Prokurorluq onu “qəsdən adam öldürməyə cəhddə və keyfiyyətli yanğın törətməkdə” ittiham edir.
İttiham aktı iyunun 20-də verilsə də, lakin bu barədə məlumat ancaq bu gün daxil olub.
Beləliklə, təqsirləndirilən şəxs 2022-ci ilin sonunda “RİA Novosti” əməkdaşlarının yaşadığı yaşayış binasının zirzəmisinə əldəqayırma partlayıcı qurğu yerləşdirib.
İstintaq göstərir ki, onun məqsədi binanın sonradan yandırılması olub. Naməlum səbəblərdən cihaz işləməyib. Yalnız bir neçə gündən sonra Berlin Kriminal Polis İdarəsinin mütəxəssisləri onu aşkar edərək zərərsizləşdiriblər.
Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, Baqraş dekabrın 14-də həbs edilib. O, həbs olunmazdan əvvəl Rusiya prezidentinə və onun rejiminə qarşı ictimai aksiyalar keçirib.
Belə ki, o hətta Rusiya səfirliyi qarşısında etiraz düşərgəsi də təşkil edib.
Ukraynada genişmiqyaslı Rusiya müharibəsi başlayandan sonra Baqraş sosial şəbəkələrdə “RİA Novosti”nin binası ilə bağlı mesajlar yayıb. O, paylaşımın altında “...oradan hamımıza qarşı müharibə aparılır”-yazıb.
Maraqlıdır ki, Almaniyanın Baş Prokurorluğu həbs ediləni müxalifət mühitində təqsirləndirilən mübahisəli şəxs kimi təqdim edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB