"Ukraynanın NATO-ya üzv olması mənfi nəticələrə gətirib çıxaracaq" - PESKOV

"Ukraynanın NATO-ya üzv olması mənfi nəticələrə gətirib çıxaracaq" - PESKOV

Ukraynanın NATO hərbi alyansına üzv olması Avropanın təhlükəsizlik mexanizmi üçün çox mənfi nəticələrə gətirib çıxaracaq və Moskva istənilən belə addıma sərt cavab verəcək. SİA "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov NATO-nun Litvada keçiriləcək sammiti ərəfəsində danışıb.

"Rusiya Federasiyasının tamamilə aydın və ardıcıl mövqeyini bilirsiniz ki, Ukraynanın NATO-ya üzv olması Avropanın təhlükəsizlik arxitekturası, onsuz da yarı dağıdılmış təhlükəsizlik mexanizmi üçün çox mənfi nəticələrə səbəb olacaq. Bu, ölkəmizdən kifayət qədər aydın və qəti reaksiya tələb edən mütləq təhlükə, təhdid olacaq”, - deyə, Peskov jurnalistlərə bildirib.

NATO-nun baş katibi Yens Stoltenberq açıq şəkildə bəyan edib ki, Kiyev müharibə qızışdığı bir vaxtda NATO-ya üzv olmayacaq və Vilnüs sammitinə rəsmi dəvət verilməyəcək.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə