Almaniya Avstraliyaya qoşun göndərir

Almaniya Avstraliyaya qoşun göndərir

Almaniya 12 başqa ölkədən təxminən 30,000 hərbçi ilə birgə təlimlər çərçivəsində ilk dəfə olaraq Avstraliyaya qoşun göndərəcək. SİA “Reuters” agentliyinə istinadən xəbər verir ki, Almaniya bu addımı regionda Çinlə artan gərginlik fonunda Berlinin Hind-Sakit Okean bölgəsinə diqqətini artırdığını vurğulayaraq atıb. Baxmayaraq ki, bu, Almaniyanın təhlükəsizliyi və iqtisadi maraqları arasında çox incə iplə yeridiyi deməkdir, hökümətin son illərdə Hind-Sakit Okean bölgəsində daha çox hərbi mövcudluğu vardır.

Ordu rəisi Alfons Mais bu gün ilk alman qoşunlarının Avstraliyaya yola düşməsindən saatlar əvvəl "Reuters" agentliyinə müsahibəsində deyib: "Bu, həm Almaniya, həm də iqtisadi asılılıqlara görə Avropa İttifaqı üçün də son dərəcə əhəmiyyətli bir bölgədir".

Çin Berlinin ən mühüm ticarət tərəfdaşıdır və Avropanın xarici ticarətinin 40%-i Hind-Sakit Okeandakı Cənubi Çin dənizindən keçir.

2021-ci ildə Alman hərbi gəmisi təxminən 20 ildən sonra ilk dəfə Cənubi Çin dənizinə daxil oldu. Keçən il Berlin Avstraliyaya birgə təlimlərə 13 hərbi təyyarə göndərdi ki, bu da hava qüvvələrinin sülh dövründəki ən böyük yerləşdirməsidir.

Mais 170 paraşütçü və 40 dəniz piyadası da daxil olmaqla 240-a qədər alman əsgərinin 22 iyul - 4 avqust tarixlərində Avstraliya və ABŞ arasında ildə iki dəfə keçirilən ən böyük təlimlər olan Talisman Saber təlimində iştirak edəcəyini söyləyib.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə