ABŞ dövlət katibi Antoni Blinken və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bazar günü axşam saatlarında NATO-nun bu həftə keçiriləcək sammitini və Kiyevin Rusiyanın işğal etdiyi torpaqları geri qaytarmaq üçün əks-hücum kampaniyasını müzakirə etmək üçün telefon danışığı aparıblar. SİA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Blinken “tvitter” hesabında məlumat verib: “Mən bu həftə NATO-nun sammitindən əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə mühüm müzakirə apardım”.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller ayrıca açıqlamasında iki diplomatın Ukraynanın əks-hücum əməliyyatında irəliləyişini də müzakirə etdiyini bildirib.
Kuleba "tvitter"də bildirib ki, zəng çərşənbə axşamı Vilnüsdə başlayacaq NATO sammiti öncəsi təfərrüatları işləyib hazırlamaq üçündür.
Ukrayna Vilnüsdə NATO-ya üzvlük perspektivləri ilə bağlı aydın məlumat almağa ümid edir. Ağ Ev cümə günü bildirib ki, prezident Co Bayden və ABŞ-ın rəhbərlik etdiyi alyansın həmkarları Ukraynanın hansı addımları atmalı olduğunu müzakirə edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB