Çində uşaq bağçasına hücum olub

Çində uşaq bağçasına hücum olub

Çinin cənub-şərqindəki Quanqdonq əyalətində uşaq bağçasına bıçaqlı hücum olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, hücum nəticəsində üçü uşaq olmaqla altı nəfər həlak olub. Polis hadisəni törədən 25 yaşlı kişini həbs etdiklərini bildirib. Hücum bazar ertəsi baş verib və şübhəli hadisədən 20 dəqiqə sonra tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə