Gerasimov Rusiyadakı qiyamdan sonra ilk dəfə görülüb

Gerasimov Rusiyadakı qiyamdan sonra ilk dəfə görülüb

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov iyunun 24-də baş vermiş uğursuz qiyamdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb. SİA “Reuters”ə istinadən xəbər verir ki, o, Ukraynanın raket hücumları ilə bağlı məruzəni dinləyərkən Rusiya Müdafiə Nazirliyi tərəfindən göstərilib.

Müdafiə Nazirliyi bildirib ki, görüntülərdə Gerasimovun bazar günü görüşdə olduğu əks olunub. Hərbi komandanlıq otağında yüksək generallarla danışır və o cümlədən hərbi kəşfiyyatın (QRU) rəhbərinə əmrlər verir.

Müdafiə Nazirliyi ona hazırkı titulu ilə - Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və Ukraynadakı birləşmiş qüvvələr qrupunun komandirliyi titulu ilə müraciət edib.

“Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Baş Kəşfiyyat İdarəsinin rəisinə və birləşmiş qrupun komanda məntəqəsinə cavabdeh olan şəxslərə anbarların müəyyən edilməsi üçün sistemli işin təşkili ilə bağlı tapşırıq verib, təlim meydançalarını, həmçinin S-200 raketlərinin və düşmənin digər silahlarının buraxılış mövqelərini müəyyənləşdirmək və onların qabaqlayıcı məğlubiyyətini planlaşdırmaq əmri verib”, - Müdafiə Nazirliyi bildirib.

Bildirilib ki, Rusiya bazar günü Ukraynanın Krım və Rostov və Kaluqa bölgələrinə raket hücumunun qarşısını alıb.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə