ABŞ NATO sammitinin yekun sənədinə nələrin əlavə olunacağını açıqladı

ABŞ NATO sammitinin yekun sənədinə nələrin əlavə olunacağını açıqladı

NATO-nun Vilnüsdə keçiriləcək sammitinin yekun sənədinə alyansa daxil olmaq üçün Ukraynada islahatların davam etdirilməsi ilə bağlı bənd daxil ediləcək. SİA qazeta.ru saytına istinadla xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

“Hazırda NATO kommünikesi, Ukraynanın NATO-ya üzv olmaq istəyi ilə bağlı müddəalar üzərində iş gedir. Düşünürəm ki, Vilnüsdə müttəfiqlər konsensusa gələcəklər. Orada bu islahatların həyata keçirilməsinin davam etdirilməsi prosesindən də danışılacaq”,- deyə Sullivan bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski NATO-nun qarşıdan gələn sammitində ölkəsi ilə bağlı qərarlar qəbul olunarsa, orada iştirak edəcəyini bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə