“Ukrayna və Zelenski məni tərk etməyəcək”

“Ukrayna və Zelenski məni tərk etməyəcək”

Üçüncü prezident Mixail Saakaşvili əmindir ki, Ukrayna və prezident Vladimir Zelenski onu tərk etməyəcəklər. Gürcüstanın həbsdə olan keçmiş liderinin fikrincə, onun ətrafında baş verənlər adamyeyən (kannibal) instinktinin təzahürüdür.

“...Mənim başıma gələnlər klassik Asiya despotunun, adamyeyən instinktinin təzahürüdür. Ona görə də Avropa Parlamenti mənim oliqarxın şəxsi qisasının qurbanı və Avropa Şurasının qətnaməsinə əsasən, Putinin şəxsi məhbusu elan olunduğumu yazıb.

Mənim başıma gələnlər Gürcüstan və müasir Avropa tarixində tamamilə görünməmiş hadisələrdir. Ona görə də biz Gürcüstanın tarixini bilməyən, Avropa haqqında çox səthi anlayışı olan bir oliqarxın maraqlarına nəyin uyğun olduğunu yox, Gürcüstana nəyin xeyirli olacağını düşünməliyik. Ukrayna və Zelenski məni tərk etməyəcək. Əvvəla, mən təkcə gürcü deyil, həm də ukraynalı adamam. Mən yetkin həyatımın çox hissəsini Ukraynada keçirmişəm və çoxlu dostlarım və tərəfdarlarım var.

Bundan əlavə, Zelenski öz prinsiplərini həyata keçirməkdə çox ardıcıl olduğunu sübut etdi. Müharibədə qələbə ilə paralel olaraq onun təsir rıçaqları kəskin şəkildə artacaq və əgər kimsə ümid edirsə ki, o zaman pərdə arxasında hansısa yolla razılaşacaqlar, o zaman çox yanılırlar. Ona görə də onun tələb etdiyi şeyi indi etmək daha yaxşıdır”.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Saakaşvili bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə