Hindistanın şimal bölgələrində leysan yağışlarının səbəb olduğu torpaq sürüşmələrində ən azı 15 nəfər həyatını itirib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, güclü yağış nəticəsində parkları, yeraltı keçidləri, bazarları və xəstəxana binalarını su basıb, nəqliyyatın hərəkətində problemlər yaranıb.
Ölkənin Meteorologiya Xidmətindən verilən açıqlamaya görə, Yeni Dehlidə 24 saat ərzində hər kvadratmetrə düşən yağıntı 1982-ci ildən bəri bir gündə qeydə alınan ən yüksək göstəricidir. Bu səbəbdən də, Yeni Dehli sakinləri üçün "sarı xəbərdarlıq" elan edilib.
Hindistan Mərkəzi Su Komissiyasından (CWC) verilən açıqlamada, Dehlidəki Yamuna çayının suyunun yüksəldiyi və iyulun 11-də təhlükə həddini 205,33 metr keçəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB