Seçkilərin ilkin nəticələri yulun 10-da açıqlanacaq

Seçkilərin ilkin nəticələri yulun 10-da açıqlanacaq

Qeyd edildiyi kimi, bazar günü Özbəkistanda prezident seçkiləri keçirilib. Seçki ölkə tarixində ilk dəfə olaraq vaxtından əvvəl keçirilib.

SİA-nın əldə etdiyi məlumata görə, artıq səsvermə baş tutub.

“Azadlıq” radiosunun özbək xidməti, real müxalifətdən olan namizədlərin seçkidə iştirakına icazə verilmədiyini bildirir.

Beləliklə, səsvermədə hazırkı prezident Şavkat Mirziyoyevdən başqa, Xalqların Demokratik Partiyasından Uluqbek İnoyatov, “Adolat” Sosial Demokrat Partiyasından Robaxon Mahmudova və Ekologiya Partiyasından olan namizəd Abduşükür Həmzəyev iştirak ediblər.

Bundan başqa, Ədliyyə Nazirliyi müxalifətçi Xıdırnəzər Allakulovun rəhbərlik etdiyi “Haqq və Tərəqqi” Sosial Demokrat Partiyasını qeydiyyatdan keçirmədən seçkilərdə iştirakına icazə verməyib.

Xatırladaq ki, aprelin 30-da keçirilən referendumda ölkə Konstitusiyasına dəyişikliklərin təsdiqlənməsindən sonra növbədənkənar seçkilər təyin edilib.

Beləliklə, indi prezidentlik müddəti beş deyil, yeddi il olacaq, dövlət başçısının səlahiyyətləri genişləndirilir. Dövlət, yeni qanuna görə, hüquqi, sosial və dünyəvi elan edildi, ölüm hökmü ləğv edildi, məcburi uşaq əməyinə qadağa qoyuldu.

Yeni Konstitusiyanın qəbulu ilə əlaqədar 2016-cı ildən hakimiyyətdə olan prezident Mirziyoyevin səlahiyyət müddəti etibarsız elan edilib ki, bu da ona 2037-ci ilə qədər daha iki dəfə dövlət başçısı vəzifəsinə seçilmək imkanı verir.

Yeri gəlmişkən, Özbəkistan Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini iyulun 10-da açıqlayacağını bildirib.

2021-ci ilin oktyabrında keçirilən əvvəlki səsvermə zamanı Mirziyoyev, rəsmi məlumatlara görə, səslərin 80,31 faizini qazanmışdı. Qeyd edək ki, bu, ölkə tarixində elan edilmiş ən aşağı nəticə idi, bundan əvvəl qalibin ən aşağı səs faizi 1991-ci ildə elan edilmişdi, o zaman İslam Kərimov rəsmi rəqəmlərə görə, 87,1 faiz toplamışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə