Ərdoğan ilə ABŞ Bayden arasında telefon danışığı olub

Ərdoğan ilə ABŞ Bayden arasında telefon danışığı olub

Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Cozef Bayden arasında telefon danışığı olub.
SİA xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya idarəsinin məlumatına görə, telefon danışığında Ukraynanın NATO-dakı mövqeyi, İsveçin NATO-ya üzvlüyü, Amerika "F-16"-larının Ankara rəhbərliyinə təhvil verilməsi və Türkiyenin Avropa İttifaqına tam üzvlük prosesi müzakirə edilib.
Liderlər iyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO Sammiti çərçivəsində üzbəüz görüşərək Türkiyə-ABŞ münasibətləri və regional məsələləri ətraflı müzakirə etmək barədə razılığa gəliblər.
Ərdoğan İsveçin antiterror qanunvericiliyində dəyişiklik edərək düzgün istiqamətdə müəyyən addımlar atdığını, lakin separatçı terror təşkilatı PKK/PYD/YPG tərəfdarlarının bu ölkədə sərbəst şəkildə terroru tərifləyən nümayişlər keçirməyə davam etdiyini, bunun isə qanun pozuntusuna səbəb olduğunu bildirib.
Türkiyənin "F-16" tələbini İsveçin üzvlüyü ilə əlaqələndirməyin düzgün olmadığını qeyd edən prezident Ərdoğan Türkiyənin "F-16" tələbinə verdiyi dəstəyə görə ABŞ prezidenti Baydenə təşəkkür edib.
Türkiyənin Avropa İttifaqına üzvlük məsələsində prinsipial və dürüst olduğunu bildirən dövlət başçısı Ərdoğan Avropa İttifaqına tam üzvlük prosesini canlandırmaq istədiklərini, Vilnüs zirvəsində Avropa İttifaqının aparıcı ölkələrinin və Avropa İttifaqı rəhbərliyinin Türkiyənin üzvlüyünə aydın və güclü dəstək mesajı vermələrini istədiklərini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə