NATO sammiti çərçivəsində Ərdoğanın Baydenlə görüşü planlaşdırılıb

NATO sammiti çərçivəsində Ərdoğanın Baydenlə görüşü planlaşdırılıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü ABŞ prezidenti Co Baydenlə Ukrayna və İsveçin NATO üzvlüyü, ikitərəfli əlaqələr və F-16 qırıcılarının alınmasını müzakirə edib.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin administrasiyası telefon danışıqlarının yekunlarına dair məlumatında deyilir.

“Danışıqlar zamanı Ukrayna və İsveçin NATO-ya üzvlüyü, F-16-ların tədarükü, Türkiyənin Aİ-yə tam inteqrasiyası məsələləri müzakirə olunub. Liderlər həmçinin ikitərəfli və regional münasibətlərin ətraflı müzakirəsi üçün NATO-nun Vilnüs sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə