Alman prezidentdən etiraf: “...biz bu məsələdə açizik?”

Alman prezidentdən etiraf: “...biz bu məsələdə açizik?”

Almaniyanın Ukraynaya kasetli sursatların tədarükünə razı olmadığını deyən prezident Frank-Valter Ştaynmayer, bu məsələdə ABŞ-ın qarşısında dayana bilməyəcəklərini etiraf edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, alman prezident bunu ZDF telekanalına verdiyi açıqlamasında bildirib.

Siyasətçi xatırladıb ki, Almaniyada bu növ sursat hələ də federal hökumət tərəfindən qadağandır və Almaniya bu tədarükün əleyhinədir.

“Ancaq indiki vəziyyətdə biz ABŞ-ın qarşısında dayana bilmərik”.

Bunu etiraf edən alman prezident, xatırladıb ki, 2008-ci ildə Osloda Almaniyanın xarici işlər naziri olarkən BMT-nin kaset bombalarının qadağan edilməsi haqqında Konvensiyasını imzalayıb.

Qeyd edək ki, bundan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Burbok belə mərmilərin tədarükünə qarşı çıxıb və Berlinin Norveçdə bağlanmış müqaviləyə əməl etməyə davam edəcəyini bildirib.

Yeri gəlmişkən, Ağ Evin kaset sursatlarının Ukraynaya təhvil verilməsi ilə bağlı qərarını iyulun 7-də ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan elan edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə