...Ukraynanın Smolensk vilayətindəki Desnoqorsk AES-ə NATO raketləri ilə hücum cəhdi təsdiqlənərsə, bu halda Ukrayna və Şərqi Avropa obyektlərinə zərbə ssenarisi nəzərdən keçirilə bilər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz çıxışında bildirib.
“Əgər NATO raketləri ilə Smolenskdəki Desnoqorsk AES-ə hücum cəhdi təsdiqlənərsə, Rusiyanın Cənubi Ukrayna AES, Rivne AES və Xmelnitski AES-ə, eləcə də Şərqdəki nüvə obyektlərinə eyni vaxtda zərbə endirməsi ssenarisini nəzərdən keçirmək lazımdır” –yazan Medvedev, burada Avropadan utanılası heç nə yoxdur - deyə əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Medvedev nüvə silahını “istənilən müharibəni tez bitirməyin” yollarından biri adlandırmışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB