Bazar günü, iyulun 9-da ABŞ prezidenti Cozef Bayden CNN telekanalına müsahibəsində, hazırda Ukraynanın alyansa qəbulu məsələsində NATO-da birlik görmədiyini deyib.
“Düşünmürəm ki, hazırda Ukraynanı NATO ailəsinə dəvət edib-etməmək barədə NATO-da yekdil mövqe var...”.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Bayden vurğulayıb ki, o, artıq bu məsələni Ukrayna prezidenti Vladimir Zelenski ilə müzakirə edib və ona ABŞ-ın Ukraynanın təhlükəsizliyini təmin etməyə və onu silahlarla təmin etməyə davam edəcəyini açıqlayıb.
Eyni zamanda, ABŞ prezidenti bir daha qeyd edib ki, Ukraynanın NATO-ya üzvlüyü barədə danışmaq və səsverməyə çağırmaq hələ tezdir, çünki bir sıra başqa tələblər də yerinə yetirilməlidir.
Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba iyulun 11-12-də keçiriləcək sammitin yekunlarına əsasən, Ukraynanın alyansa gedən yolunun “mütləq qısalacağını” bildirmişdi.
Kuleba qeyd edib ki, keçmişdə dilə gətirilən şübhələrə baxmayaraq, bu, Ukrayna və onun ən yaxın tərəfdaşlarının birgə səyləri nəticəsində əldə edilmiş mühüm nəticədir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB