Rusiya prezidentinin Suriya üzrə nümayəndəsi Aleksandr Lavrentyev “Əl Ərəbiyyə” telekanalına, Suriya və Türkiyə prezidentləri Bəşər Əsəd və Rəcəb Tayyib Ərdoğanın Rusiya lideri Vladimir Putinin iştirakı ilə diplomatik münasibətlərin bərpasına dair yol xəritəsi tamamlandıqdan sonra görüşə biləcəklərini bəyan edib.
Maraqlıdır ki, rusiyalı siyasətçi, Suriya ilə Türkiyə arasındakı münasibətlərin normallaşdırılması yolunda “müəyyən çətinliklər, o cümlədən Türkiyənin Suriya ərazilərində hərbi mövcudluğu” olduğunu “xatırladıb.
“...Tərəflər işlərini yekunlaşdırdıqdan sonra Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Türkiyə prezidenti Ərdoğan və Suriya prezidenti Əsəd arasında başçılar səviyyəsində görüşə hazırlıq üçün nəticələr barədə liderlərə məlumat veriləcək”.
Aleksandr Lavrentyev deyib bunu.
Yeri gəlmişkən, iyunun 20-də Rusiya, Türkiyə, Suriya və İran xarici işlər nazirlərinin müavinləri Astanada apardıqları danışıqlar zamanı Dəməşq və Ankara arasında münasibətlərin bərpasını da müzakirə ediblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB