Baydenin Çinə qarşı ittihamı

ABŞ prezidenti Cozef Bayden Çini Amerika Birləşmiş Ştatlarını dünyanın aparıcı hərbi və iqtisadi gücünün kürsüsündən sıxışdırmaqda ittiham edib.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə CNN telekanalına müsahibəsində bildirib.

“İnanıram ki, bütün məsələləri həll etmək, eləcə də Çin ilə hər iki ölkəyə fayda verəcək əlaqələr qurmaq üçün bir yol var”. Amerika lideri bunu Vaşinqton və Pekin arasındakı münasibətlərdəki mürəkkəbliklər barədə danışarkən deyib.

Bayden Çin Xalq Respublikasının sədri Si Cinpinin ABŞ-ı dünya hökmranlığından məhrum etmək və dünyanın hərbi və iqtisadi gücünə çevrilmək istədiyi fikrini də ifadə edib.

“Mən əminəm ki, Si Cinpin dünyanın ən böyük iqtisadiyyatına və ən böyük hərbi imkanlara sahib olmaq istəyir”, - deyən Baydenin fikrincə, Çin ABŞ-la münaqişəyə başlamaq niyyətində deyil və öz ərazilərini genişləndirmək ambisiyaları yoxdur.

Xatırladaq ki, Çin liderinin mart ayında Moskvaya səfərindən və Vladimir Putinlə ticarəti genişləndirmək, tərəfdaşlığı gücləndirmək barədə razılığa gəldikdən sonra o, Si Cinpinə zəng etmişdi. Həmə vaxt Bayden ÇXR sədrinə ehtiyatlı olmağı və Çinin Rusiyadan daha çox Qərb investisiyalarından asılı olduğunu xatırlamağı tövsiyə etmişdi.

Qeyd edək ki, Bayden bunun təhdid olmadığını da dilə gətirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə