Ehtimal ki, Polşa “Mi-24” helikopterlərin partiyasını Ukraynayaya verəcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “The Wall Street Journal” mənbələrə istinadən yayıb.
Nəşrin yazdığına görə, SSRİ istehsalı olan helikopterlərin təhvil olaraq verilməsi barədə hələ ki, rəsmi məlumat verilməyib, amma xatırlayaq ki, bundan əvvəl Polşa və Slovakiya Ukraynaya Sovet istehsalı olan “MiQ-29” qırıcılarını təhvil veriblər.
“The Wall Street Journal” yazır ki, çatdırılmalar Ukrayna Silahlı Qüvvələrinə hücumda kömək etmək məqsədi daşıyır. Qeyd edək ki, iyulun 6-da Ukrayna prezidenti Vladimir Zelenskinin Praqaya səfəri zamanı Çexiyanın Kiyevə əlavə döyüş helikopterləri partiyası verməsi barədə razılıq əldə olunub.
Yeri gəlmişkən, Çexiya hərbçiləri ABŞ istehsalı olan “F-16” qırıcılarının istifadəsi üçün ukraynalı pilotların təlimində iştirak edəcəklər.
Bu arada NATO ölkələri Kiyevə Amerika təyyarələrinin göndərilməsini müzakirə etsələr də, lakin “The Wall Street Journal”ın ehtimalına görə, bu, elə də inandırıcı görünmür.
...Son məlumatlara görə, Avropa İttifaqı ölkələri Ukraynaya 70 milyard avrodan çox yardım edib ki, bunlardan 15 milyard avrodan çoxu hərbi yardım olub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB