Rusiyanın Ukrayna və NATO qarşısındakı əsas üstünlüyü...

Rusiyanın Ukrayna və NATO qarşısındakı əsas üstünlüyü...

Sursat istehsalını artırması Moskvaya Ukrayna Silahlı Qüvvələri və NATO-ya nisbətən xeyli üstünlük verib.

SİA-nın rusi qaynaqlarından əldə etdiyi məlumata görə, bu fikri jurnalist Maya Karlin “19FortyFive” üçün yazdığı məqalədə qeyd edib.

Material müəllifi Moskvanın Ukrayna Silahlı Qüvvələri və NATO qarşısında əsas üstünlüyünü onun sursat istehsalını artırmasında gördüyünü bildirib.

“...Rusiya sənayesi təcil qazanır. ABŞ yeddidə bir az sursat istehsal edir. Avropa istehsalı rəqəmləri daha az təsir edicidir”.

Karlin yazır bunu.

O, Ukraynadakı sursatlarının tükənməsini Kiyev üçün fəlakət ola biləcəyini yazır. Karlinin fikrincə, hazırda Qərbin lazımi həcmdə silah tədarük etməyə vaxtı yoxdur. Nəticədə, rus ordusu cəbhədəki mövqelərini daha da möhkəmləndirə bilər.

“...Son aylarda bütün dünya səbirsizliklə Ukraynanın əks-hücumunun başlamasını gözləyirdi. İndi Kiyevin bir sıra problemlərlə üzləşdiyi bəlli olub”.

Bunu yazan Karlin, hazırda Ukrayna ordusunun NATO-nun ümidlərini doğrulda bilmədiyini və hücumda elə də bir irəliləyiş əldə etmədiyini əlavə edib.

Qeyd edək ki, jurnalist Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya müdafiə xətlərinin güclü şəkildə möhkəmləndirib əks-hücuma maneə törətdiyini də etiraf etdiyinə diqqət çəkib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə