NATO müttəfiqlərinin müdafiə xərcləri artacaq

NATO müttəfiqlərinin müdafiə xərcləri artacaq

2023-cü ildə NATO müttəfiqlərinin müdafiə xərclərinin 8,3 faiz artaraq 1,2 trilyon dolları keçəcəyi bildirilir.

SİA xəbər verir ki, NATO-nun açıqladığı statistikaya görə, 9 il dalbadal artan xərclərdə Amerika Birləşmiş Ştatları (ABŞ) birinci yerdədir. ABŞ-ın müdafiə xərclərinin 860 milyard dollara çatacağı təxmin edilir.

NATO-nun statistikasında ABŞ-dan başqa üzvlərin ümumi xərclərinin 404 milyard dollara çatacağı, NATO ölkələrinin ümumi müdafiə xərclərinin isə 1,26 trilyon dolları keçəcəyi proqnozlaşdırılıb.

ABŞ-dan sonra ikinci yerdə olan Almaniyanın 68 milyard, İngiltərənin 65, Fransanın 56, İtaliyanın 31, Polşanın 29, Kanadanın 28 milyard dollar müdafiə xərcinin olacağı bildirilib.

Polşa isə müdafiə xərclərinin ümumi milli məhsulda (ÜDM) payına görə birinci yerdədir. 3,9 faizə çatan Polşadan sonra ABŞ-da 3,49 faiz, Yunanıstanda 3,01 faiz, Estoniyada 2,73 faiz və Litvada 2,54 faiz olub.

Türkiyenin müdafiə xərclərinin ÜDM-də payının 1,31 faiz, xərclərinin isə 15,8 milyard dolları keçəcəyi proqnozlaşdırılıb.

NATO-nun Baş katibi Yens Stoltenberq rəqəmləri NATO üçün müsbət hesab etdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə