Pakistanda yaşayış binasında partlayış olub - ölən və yaralananlar var

Pakistanda yaşayış binasında partlayış olub - ölən və yaralananlar var

Pakistanın Jelam şəhərində yerləşən üçmərtəbəli yaşayış binasında qaz partlayışı nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə “Dawn” qəzeti xilasetmə xidmətlərinin nümayəndələrinə istinadən məlumat yayıb.

Dağıntılar altında insanların olduğu bildirilir, xilasetmə işləri aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə