Özbəkistanda növbədənkənar prezident seçkilərində səs verənlərin sayı 10 052 289 nəfərə çatıb ki, bu da ümumi seçicilərin (19 270 212 nəfər) 52,16%-ni təşkil edir. SİA-nın verdiyi məlumata görə, bunu Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədr müavini Bahrom Kuçkorov deyib.
Qeyd edək ki, bu gün Özbəkistanda növbədənkənar prezident seçkiləri keçirilir.
Ölkədə seçki məntəqələri yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 7:00) açılıb və 20:00-da (Bakı vaxtı ilə saat 19:00) bağlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB