Türkiyədə ağır yol-nəqliyyat hadisəsi qəzası olub, ölən və yaralananlar var. SİA xəbər verir ki, hadisə Ərzincan şəhərində qeydə alınıb. Sərnişin mikroavtobusunun idarəetmədən çıxaraq aşması nəticəsində 4 nəfər ölüb, aralarında uşaqların da olduğu 10 nəfər yaralanıb.
Hadisə yerinə təcili yardım, jandarm, xilasedicilər cəlb olunub. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya aparılıb.
Qəzanın başvermə səbəbi açıqlanmır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB