Braziliyada ölənlərin sayı 11-ə çatıb

Braziliyada ölənlərin sayı 11-ə çatıb

Braziliyanın Resife şəhərində yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-dən 11-ə çatıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən G1 portalı məlumat yayıb.

Ölənlərdən 4-ü azyaşlıdır. Daha üç nəfərin taleyi məlum deyil. Üçü yeniyetmə olmaqla yeddi nəfəri dağıntılar altından diri çıxarmaq mümkün olub.

Cümə günü səhər saatlarında Pernambuko ştatının inzibati mərkəzinin şəhərətrafı qəsəbələrindən birində yaşayış binası uçub. Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, dördmərtəbəli yaşayış binası 2010-cu ildə yararsız elan edilib və oradan çıxarılıb. Lakin iki il sonra sakinlər özbaşına olaraq binaları zəbt ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə