Rusiyanın Velikiy Novqorod şəhərində gənc qızın qətlində şübhəli bilinən şəxs saxlanılıb. Rusiya Federasiyası İstintaq Komitəsinin regional idarəsində bildirildiyi kimi, qətl iyunun əvvəlində qısqanclıq zəminində törədilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “sevdiyi qızı” çantanın kəməri ilə boğan gənc, onu çəlləkdə gizlədib.
Və bir müddət sonra o çəlləyi balkona çıxarmaq üçün dostundan kömək istəyib. Dostu çəlləkdə nə olması ilə maraqlananda o gübrə olduğunu deyib.
Bir ay sonra şübhəli qız “dostu”nun yanına köçüb və orada polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, şübhəlinin artıq günahını etiraf etdiyini və əməlindən peşman olduğunu bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB