İtaliya Xarici İşlər Nazirliyi Ukrayna ilə bağlı danışıqlardan danışıb

İtaliya Xarici İşlər Nazirliyi Ukrayna ilə bağlı danışıqlardan danışıb

Roma Ukrayna üzrə dialoq məkanı yaratmağa çalışır, lakin hazırda danışıqlar üçün şərait əlverişsizdir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu İtaliyanın xarici işlər naziri Antonio Tajani bildirib.

Diplomatın sözlərinə görə, İtaliya tərəfi hələlik Ukrayna üzrə danışıqlara başlamaq üçün əlverişli şərait görmür. “Biz Ukrayna prezidenti Vladimir Zelenskinin “sülh formulu”nu dəstəkləyirik”, - deyə o bildirib.

Nazir bildirib ki, Ukraynadakı münaqişə “dramatik” nəticələr verməkdə davam edir və qlobal enerji və ərzaq təhlükəsizliyinə böyük təsir göstərir.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl İtaliya parlamentinin deputatı Paola Qidoni Ukraynadan Avropa İttifaqına buğda tədarükünün Avropada amansız rəqabətin formalaşmasına səbəb olduğunu bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə