Danışıqlar Pekində aparılıb

Çin Xalq Bankının partiya katibi, Çinin Valyuta Nəzarəti üzrə Dövlət Administrasiyasının rəhbəri Pan Qonqşeng və ABŞ-ın maliyyə naziri Canet Yellen Pekində danışıqlar aparıblar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, tərəflər ümumi maraq doğuran iqtisadi məsələləri müzakirə ediblər.

Qeyd edək ki, bundan əvvəl Çinin iqtisadi məsələlər üzrə baş nazirinin müavini He Lifen ABŞ-ın maliyyə naziri Canet Yellen ilə görüşündə Vaşinqtonun Çin əleyhinə sanksiyalarından narahatlığını bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə