Latviyanın Almaniyadakı səfiri Alda Vanaga, NATO sammiti ərəfəsində, Ukraynanın NATO-ya qoşulma imkanlarını şərh etdi.
SİA-nın əldə etdiyi məlumata görə, o, Redaktions Netzwerk Deutschland ilə görüşdə bu barədə danışıb.
Vanaga Ukraynanın NATO-ya qoşulma şansını yüksək qiymətləndirsə də, amma münaqişə kontekstində bu fürsəti istisna edib.
Onun fikrincə, Kiyev bloka qoşula bilər, amma bunun üçün təhlükəsizlik zəmanəti alması lazımdır. Diplomat qarşıdan gələn iclası tarixi adlandırıb və şimal Atlantik Alyansının Kiyevin bloka qoşulması şərtlərini göstərməsini qeyd edib.
Təbii ki, indi müharibənin getdiyi bir vaxtda Ukraynanın təşkilata qəbul etmək mümkün deyil, ancaq qəbuldan əvvəl hansı təhlükəsizlik zəmanəti təmin edilə biləcəyini intensiv şəkildə müzakirə ediləcək.
Bunu deyən latviyalı səfir, “dövlətlərin birlikdə və ya yalnız ayrıca bir şey əldə edə biləcəkləri barədə danışırıq”-deyə əlavə edib.
Qeyd edək ki, bundan əvvəl, Litva Prezidenti Gitanas Naumora, Vilnüsdəki sammitdə Ukraynanın NATO-nun öhdəliklərini almayacağını söyləsə də, amma Kiyevin ittifaqa qoşulmaq istəyini də dəstəkləmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB