...Hərbi əsirlərin mübadiləsindən sonra Türkiyədə olan “Azov” komandirlərinin Ukraynaya qayıtması barədə heç kim Rusiyaya məlumat verməyib.
SİA-nın əldə etdiyi məlumata görə, bu açıqlama ilə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov çıxış edib.
Qeyd edim ki, müqavilələrin şərtlərinə görə, göstərilən şəxslər, yəni “Azov” komandirləri münaqişə bitənə qədər Türkiyədə olmalı və vətənə qayıtmamalı idilər.
Amma qaqyıdıblar.
Peskovun sözlərinə görə, bu, həm Ukrayna, həm də Türkiyə tərəfindən mövcud razılaşmaların şərtlərinin birbaşa pozulmasıdır.
Xatırladaq ki, “Azov” komandirlərinin geri qaytarıldığını Ukrayna prezidenti Vladimir Zelenski Türkiyədən qayıdandan az sonra elan edib.
Və o, “Azov” komandirləri ilə İstanbulda, sonra isə kabinədəki görüşün görüntülərini yayımlayıb.
...“Azov”un Ukraynaya qaytarılması bir daha göstərdi ki, hazırda Rusiya Federasiyasının beynəlxalq aləmdə heç bir subyektivliyi yoxdur.
Hə, deməli, Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak “Twitter”də Moskvanın “Azov” komandirlərinin Ukraynaya qayıtmasına münasibətini şərh edərək, əlavə edib ki, indi Rusiya həmişə “ona məlum olan yerdə” yerləşdiriləcək.
Yəni o, bununla Rusiyanın beynəlxalq arenada heç bir subyektivliyinin olmadığını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB