Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Danışıqlar zamanı həmçinin NATO-nun genişləndirilməsi, alyans liderlərinin Vilnüsdə keçiriləcək sammiti, BMT-nin Suriyaya transsərhəd yardım mexanizminin uzadılması məsələləri də müzakirə edilib.
Bundan əvvəl Blinken və Fidan taxıl müqaviləsi və İsveçin NATO-ya üzvlük məsələsini müzakirə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB