Anastasiya meşədə ölü tapılıb

Anastasiya meşədə ölü tapılıb

İyun ayında itkin düşmüş Sverdlovsk rayonunun Bulanaş kənd sakini Anastasiya Evdokimova meşədə ölü tapılıb.

SİA rus qaynaqlarına istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin regional idarəsinin mətbuat xidmətindən məlumat verilib.

18 yaşlı qızın ölümünün cinayət xarakteri daşımadığı dəqiqləşdirilir. Yeri gəlmişkən, onun axtarışına altmışa yaxın polis əməkdaşı cəlb olunmuşdu.

“KP.RU” saytının verdiyi məlumata görə, iki yaşlı uşaq anası iyunun 21-də əri ilə mübahisə etdikdən sonra yoxa çıxıb.

Saytın yazdığına görə, itkin düşən gün həyat yoldaşı ona səsli mesaj göndərib və bir daha əlaqə saxlamayıb. Polis qıza qarşı heç bir qanunsuz hərəkətin əlamətlərinin olmadığını bildirib.

Meyit tapılandan sonra araşdırmalara başlanılıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə