Pervouralskda on uşaq spirtli içkidən zəhərlənib. Səbəb isə spirtli içki qəbulu nəticəsində intoksikasiya olub.
SİA xəbər verir ki, bu barədə Rospotrebnadzorun Sverdlovsk vilayəti üzrə mətbuat xidməti Telegram-kanalında məlumat verib.
Qeyd edim ki, Pervouralsk Sverdlovsk vilayətində Yekaterinburqdan sonra bölgənin dördüncü böyük şəhərdir. Ona görə də, yetkinlik yaşına çatmayanların istehlak etdiyi alkoqollu məhsullar üzərində araşdırmalar aparılıb.
Alkoqol Sverdlovsk vilayətindəki Gigiyena və Epidemiologiya Mərkəzinin kimyəvi amillərə nəzarət laboratoriyasında tədqiq edilib.
Və içkinin təhlükəsizlik göstəriciləri baxımından müsbət nəticələr əldə edilib, ancaq keyfiyyətlə bağlı suallar meydana gəlib.
Belə ki, içkinin keyfiyyət göstəricilərinə görə, uyğunsuzluq, yəni işkinin tərkibində elan edilməmiş boya aıkar edilib.
Xatırladaq ki, uşaqların zəhərlənməsi dünən, iyulun 7-də məlum olub. Yeniyetmələr tibb müəssisəsinə aparılıb. İki uşaq reanimasiya şöbəsinə yerləşdirilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB