Ukraynadakı döyüşlərdə Fransadan olan ən azı 100 muzdlu əsgər ruslara qarşı döyüşür.
SİA xəbər verir ki, bu barədə iyulun 7-də RTL radiostansiyası öz araşdırmasına istinadən məlumat yayıb.
Maraqlıdır ki, radiostansiya öz araşdırmasını apararaq, Ukrayna ərazisində döyüşən fransız muzdlularının sayını da açıqlayıb.
Radiostansiya əməkdaşlarının məlumatına görə, hazırda Ukraynada Rusiyanın xüsusi əməliyyat zonasında Fransadan olan 25-40 yaş arası 100-ə yaxın muzdlu var. Onların təxminən üçdə biri ifrat sağçı inanclara sadiqdir və ya “neonasist”dirlər.
Yeri gəlmişkən, RTL-in məlumatına görə, vaxtilə Ukraynada ruslara qarşı döyüşənlərdə xeyli sayda xarici muzdlu döyüşürmüş. Lakin son zamanlar onların əksəriyyəti kişilərdən ibarət 800 nəfər muzdlu Ukraynanı tərk ediblər.
O da qeyd olunur ki, fransız fransız muzdlularının əksəriyyəti cəbhədə cəmi bir neçə gün qaldıqdan sonra Fransaya qayıdıblar.
Xatırladaq ki, ötən ilin martında Rusiya Müdafiə Nazirliyi xəbərdarlıq etmişdi ki, Kiyev tərəfində vuruşan bütün muzdlular döyüşçü olmadıqları üçün, onların hərbi əsir statusu almaq hüququ da yoxdur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB