“Bayden öz hərəkətləri ilə üçüncü dünya müharibəsini qızışdırır”

“Bayden öz hərəkətləri ilə üçüncü dünya müharibəsini qızışdırır”

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev şənbə günü, iyulun 8-də özünün Telegram kanalında ABŞ prezidenti Cozef Baydenin siyasətini digər ölkələrə ağalıq etmək istəyi kimi qiymətləndirərək, onun “nə olduğunu” bilmədiyini yazıb.

SİA-nın əldə etdiyi məlumata görə, Medvedev Baydenin 2021-ci ildə Rusiya prezidenti Vladimir Putinə Ukraynanın NATO-ya üzv olmayacağına dair zəmanət verməkdən necə imtina etdiyini təsvir etdiyi son bəyanatını şərh edib.

Rusiyanın eks-prezidenti istehza ilə qeyd edib ki, Cozef Bayden Rusiyanın tələbləri ilə razılaşmayaraq özünü yaxşı adam hesab edir.

Siyasətçi daha sonra Baydenin Əfqanıstandan necə biabırçı şəkildə qaçdığını, Avropa iqtisadiyyatını məhv etdiyini xatırladıb.

Maraqlıdır ki, Medvedev ABŞ-ın Ukraynaya kasetli sursatlar vəd etdiyini və Kiyevi NATO-ya üzv olmaq perspektivini... üçüncü dünya müharibəsinə çağırış kimi dəyərləndirib.

O da maraqlıdır ki, rusiyalı siyasətçi “...ölməkdə olan babanın, qeyri-sağlam fantaziyalara qapıldığını deyir.

Yeri gəlmişkən bir müddət bundan əvvəl ABŞ prezidenti Cozef Bayden Rusiya prezidenti Vladimir Putinin İraqdakı müharibəni açıq şəkildə uduzduğunu bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə