Vandallar Volın vilayətində müqəddəs ikonanı yandırıblar

Vandallar Volın vilayətində müqəddəs ikonanı yandırıblar

Bu arada Ukrayna Pravoslav Kilsəsi, vandalların Ukraynanın Volın vilayətinin Budyatçi kəndindəki kilsənin giriş qapısını dağıdaraq, müqəddəs “Presvyatoy Boqorodinsı” (“Allahın müqəddəs anası”) ikonasını yandırdıqlarını bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hadisənin iyulun 6-dan 7-nə keçən gecə naməlum şəxslər tərəfindən törətdildiyi dəqiqləşdirilir.

Hadisə nəticəsində ən müqəddəs “Presvyatoy Boqorodinsı” möcüzəvi ikona yandırılıb, yaxınlıqdakı dua və mənbəyə yaxın ərazidə yerləşən kilsənin giriş qapısı da dağıdılıb

Qeyd edək ki, bu Ukrayna Pravoslav Kilsəsinin saytında deyilir.

Onu da qeyd edək ki, Ukrayna Pravoslav Kilsəsi, baş verənlərin Volodimir-Volın yeparxiyasında yaşanan ilk vandalizm hadisəsi olmadığını da qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Pravoslav Kilsəsinin maraqlarından çıxış edən vəkil Nikita Çekman, Kiyev nümayəndələrinin Kiyev-Peçersk Lavrası ərazisində monastırın binalarını ələ keçirdiklərini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə