Ukrayna prezidenti Vladimir Zelenski ötən il azadlığa buraxılan və Türkiyədə olan bir sıra hərbçilərin, o cümlədən Azov alayının (Rusiyada qadağan olunmuş terror təşkilatı-A.B.) keçmiş komandirlərinin ölkəyə qayıtdığını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, xəbəri TASS yayıb.
Qeyd edək ki, yayımlanan videoda Zelenski hərbçilərlə görüşür və onlarla birlikdə təyyarəyə minir. Videoda “Türkiyədən evə qayıdırıq və qəhrəmanlarımızı vətənə qaytarırıq” yazılıb.
Yeri gəlmişkən hərbçilər arasında Azovun keçmiş komandiri Denis Prokopenko, onun müavini Kalina çağırışı ilə tanınan Svyatoslav Palamar və Ukrayna Silahlı Qüvvələrinin 36-cı Dəniz Briqadasının keçmiş komandiri Sergey Volınskinin olduğu bildirilir.
Xatırladaq ki, Zelenskinin kabinədə hərbçilərlə birgə fotosu da yayımlanıb.
Onu da xatırladaq ki, 2022-ci ilin sentyabrında Prokopenko, Palamar və Volınski başqaları ilə birlikdə rus ordusuna dəyişdirilib və müqavilənin şərtlərinə görə, onlar həmin vaxt Türkiyədə olublar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB