Reznikov söz verdi...

Şənbə günü, iyulun 8-də Ukraynanın müdafiə naziri Aleksiy Reznikov öz “Twitter” səhifəsində, Kiyevin ABŞ-ın kasetli sursatları Ukrayna qoşunlarına ötürülməsi qərarını alqışladığı barədə yazıb.

SİA-nın əldə etdiyi məlumata görə, Reznikov Ukraynanın BMT Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququna malik olduğunu vurğulayıb və imzaladığı eləcə də ratifikasiya etdiyi bütün beynəlxalq humanitar konvensiyalara əməl edəcəyinə söz verib.

Ukraynanın müdafiə naziri həmçinin, kasetli sursatların Kiyevə əraziləri işğaldan çıxarmağa və eyni zamanda ukraynalı əsgərlərin həyatını xilas etməyə kömək edəcəyini bildirib.

Qeyd edək ki, ukraynalı nazir kasset sursatların şəhər yerlərində istifadə edilməyəcəyinə, yalnız Rusiya hərbi texnikasının cəmləşdiyi yerlərdə istifadə olunacağını deyib.

Xatırladaq ki, bundan əvvəl Britaniya Hərbi Hava Qüvvələrinin vitse-marşalı, hərbi ekspert Şon Bell, Kiyevin Ukrayna ərazisində kassetli sursatlardan istifadənin bütün risklərini dərk etməli olduqlarını onların yadına salıb.

Hərbi ekspert, kaset sursatlarının yüksək uğursuzluq dərəcəsi ilə tanındığını və bu döyüş bölgələrində çoxlu sayda partlamamış hərbi sursatların yaranmasına gətirib çıxaracağını eləcə də sonrakı uzun illər ərzində onlarla mübarizə aparmaq lazım gələcəyini yada salıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə