500 günlük müharibədə Ukraynada 494 uşaq ölüb

500 günlük müharibədə Ukraynada 494 uşaq ölüb

Ukraynada 500 günlük müharibədə 494 uşaq həlak olub və ən azı 1051 uşaq müxtəlif dərəcəli xəsarət alıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Agentliyin məlumatına görə, uşaqların əksəriyyəti Donetskdə (472), Xarkovda (297), Kiyevdə (129), Xersonda (115), Zaporojyedə (91), Nikolayvda (89), Dnepropetrovskda (83), Çerniqovda (71) və Luqansk (67) ərazisində zərər çəkiblər.

Qeyd edək ki, agentliyin də etirafına görə, bu rəqəmlər dəqiq olmaya da bilər. Məhz elə buna görə də bu istiqamətdə işlər davam etdirilir.

Ümumilikdə, müharibənin əvvəlindən indiyədək 94 min hərbi cinayət qeydə alınıb

Baş prokuror Andrey Kostinin dediyinə görə, 10 500-dən çox mülki şəxs həlak olub, 115 000 mülki infrastruktur obyekti dağıdılıb.

Məlumata görə, Ukrayna məhkəmələrində 353 nəfər şübhəli, 219 nəfər təqsirləndirilən şəxs statusundadır, 53 nəfərə isə hökm oxunub.

BMT-nin İnsan Haqları Monitorinq Missiyasının məlumatına görə, müharibə başlayandan iyunun 30-dək Ukraynada 9177 dinc sakin həlak olub, 15993 nəfər yaralanıb. BMT qeyd edir ki, ölənlərin və yaralıların faktiki sayı daha çox ola bilər, çünki Rusiyanın işğal etdiyi ərazilərdə məlumat toplamaq missiya hələ də mümkün olmayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə